İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Milli Assambleyasının sədrindən Qarabağ AÇIQLAMASI

1224 13.01.2023 14:50 Siyasət A A

“Fransanın mövqeyini bilirsiniz, bu gün Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur - red.) müstəqilliyini tanımır - bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive “Parisin Qarabağın müstəqilliyini tanımasının vaxtı çatıbmı?” sualına cavab verərkən deyib. Görünür, Fransa rəsmisinin bu cavabı erməni media mənsublarını tam qane etməyib.

Jurnalistlərdən biri “Azərbaycan Qarabağ münaqişəsinin həll olunduğuna inanır və bununla da ATƏT-in Minsk qrupunun mövcudluğunu inkar edir. Bu məsələyə münasibətiniz necədir, Laçın dəhlizinin açılması ilə bağlı ATƏT hansı konkret addımlar atmalıdır” sualı ünvanlayıb.

Yael Bron-Pive tərəflərin dialoqa qayıtmasının vacibliyini, Minsk qrupunun da bunun üçün mövcud platformalardan biri olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR