İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 1"də sərbəst yürüşlərin sayı azaldılır

356 26.08.2022 14:37 İdman A A

"Formula 1" rəhbərliyi dünya çempionatının mərhələlərində sərbəst yürüşlərin sayını azaltmaq istəyir.

Musavat.com xəbər verir ki, bu barədə qurumun prezidenti Stefano Domenikali mətbuat konfransında bildirib.

57 yaşlı funksionerin sözlərinə görə, Qran prilərdə sərbəst yürüşlərin sayını azaltmaq lazımdır: "Azərkeşlər nöqteyi-nəzərindən düşünürəm ki, hər gün trasda nələrsə uğrunda mübarizənin olması vacibdir. Test yürüşləri mühəndislər və pilotlar üçün maraqlıdır. Lakin bu, idman növüdür və burada yarışmaq lazımdır. Cümə günü bir sərbəst yürüşün tərəfdarıyıq. Daha sonra sürücülər trasa çıxanda nələrsə uğrunda mübarizə aparacaqlar".

Domenikali növbəti mövsümdən sprint yarışlarının sayının 3-dən 6-ya çatdırmaq istədiklərini də vurğulayıb.

Qeyd edək ki, hazırda bütün Qran prilər 3 sərbəst yürüşdən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR