İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fitrə zəkatı pulla da verilə bilər” - Deputat  

1298 19.04.2023 14:27 Sosial A A

“Ramazanda geniş müzakirə olunan mövzulardan biri də fitrə zəkatının məbləğidir. Əgər fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var”.

Musavat.com xəbər verir ki, bunu millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

ca6dad2339e1c86201d2cd911eb4af6f.jpg (209 KB)

O qeyd edib ki, hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 manat arasında dəyişə bilər: “Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə imkansız insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən gec bayram namazına kimi fitrə zəkatı verilməlidir. Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR