İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyanın ardından Latviya da Rusiya ilə sərhədləri bağlayır?

388 29.11.2023 20:26 Dünya A A

Latviya Finlandiyadan nümunə götürməmək və Rusiya ilə sərhədi bağlamamağa qərar verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Rixard Kozlovskis danışıb.

O bildirib ki, Riqa Rusiya ilə bütün sərhəd məntəqələrini bağlamayacaq:

"Latviyanın hazırda Rusiya və Belarusla sərhədi tamamilə bağlamaq planı yoxdur. Son vaxtlar Latviyaya qanunsuz daxil olmaq cəhdlərinin sayı azalıb. Vəziyyət kökündən dəyişərsə, o zaman Riqa şərq sərhədinin bağlanmasını istisna etmir".

Latviyanın baş naziri Evika Silina daha əvvəl bildirmişdi ki, Rusiya və Belarus miqrantlardan silah kimi istifadə etməkdə davam edir. O, hesab edir ki, hər iki ölkə miqrantlardan Avropaya qarşı “hibrid hücumun” bir hissəsi kimi istifadə edir.

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR