İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya hakimiyyəti Trampa hücumu pisləyib

307 14.07.2024 12:55 Dünya A A

Finlandiya Prezidenti Aleksander Stubb və hökumət başçısı Petteri Orpo Donald Trampa hücumu pisləyiblər.

"Report" xəbər verir ki, Stubb "X" səhifəsində hücumdan dəhşətə gəldiyini qeyd edib və istənilən siyasi zorakılıq aktını qətiyyətlə pisləyib.

Baş nazir Orpo da "X"də baş verənləri pisləyib və Trampın tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR