İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir- VİDEO

816 14.07.2024 12:30 Ölkə A A

İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-in mətbuat xidmətindən Musavat.com-a bildiriblər ki, hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR