İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: “Ərdoğanın Azərbaycan qarşısında xidmətlərini heç vaxt unudan deyilik”

373 12.05.2023 12:41 Son xəbər A A

Deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxış edərkən Türkiyənin ana müxalifət partiyasının liderinin Azərbaycandan yan keçən layihənin anonsunu verməsinə sərt təpkisini ifadə etdi.

F.Ağamalı qeyd etdi ki, özünü Türkiyənin baş müxalifəti adlandıran şəxsin sərsəm mövqeyi ortadadır. “Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan qarşısında xidmətlərini heç vaxt unudan deyilik. Mən ümid edirəm ki, müdrik Türk xalqı, Türkiyədə yaşayan bütün xalqlar Türkiyənin, Türk dövlətlərinin daha da möhkəmlənməsi üçün mövqelərini ifadə edəcəklər”-deputat əlavə etdi. Çıxışının sonunda F.Ağamalı 14 mayda Türkiyə xalqının indiki prezidentə yenidən etimad göstərəcəyinə inandığını vurğuladı: “Mən inanıram ki, mayın 14-də Türk xalqı Rəcəb Tayyib Ərdoğana səs verəcək və bu, Türk dünyasının daha da möhkəmlənməsinə növbəti töhfə olacaq”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR