İnsanlara hürriyət, millətlərə istiqlal!

Fevralda Azərbaycandan Rusiyaya 10,7 milyon ədəd yumurta ixrac olunub

310 04.03.2024 19:11 İqtisadiyyat A A

2024-cü ilin əvvəlindən indiyədək Rusiyaya Türkiyə, Azərbaycan və Belarusdan 160 milyondan çox ərzaq yumurtası tədarük edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor” açıqlayıb.

Məlumatdan aydın olur ki, iki aydan artıq dövrdə Türkiyədən Rusiyaya 12,3 milyon ədəd, Azərbaycandan 14,9 milyon ədəd, Belarusdan isə 133,7 milyon ədəd ərzaq yumurtası çatdırılıb .
Yalnız fevral ayında Türkiyədən 7,6 milyon ədəd, Azərbaycandan 10,7 milyon ədəd yumurta idxal olunub.

“Rosstat”ın məlumatına görə, 2023-cü ilin dekabrında Rusiyada toyuq yumurtası 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,35 faiz bahalaşıb. Eyni zamanda, statistika qurumunun fevralın 28-də dərc olunan məlumatlarına görə, 2024-cü ilin əvvəlindən Rusiyada toyuq yumurtası 2,27 faiz ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR