İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərruxa bayraq sancdıq, sırada Xocalı və Xankəndidir! VİDEOSORĞU

1766 30.03.2022 18:31 Reportaj A A

Xəbər verdiyimiz kimi, Xocalının Fərrux kəndi artıq Azərbaycan Ordusunun nəzarəti altındadır. Fərrux kəndi Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsindədir.

1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş, əsasən, İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində ermənilər dəfələrlə Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak edib.

1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olublar. Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib. Ermənistan buna görə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda ittiham etsə də, Azərbaycan tərəfi bunu rədd edərək burada mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını bildirib.

Musavat.com xəbər verir ki, 27 mart tarixində verilən rəsmi məlumata görə Fərrux kəndi 26 mart tarixində Azərbaycan ordusunun tam nəzarəti altına keçib.

Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.

Fərrux kəndinin Azərbaycan Ordusunun tam nəzarəti altına keçməsi ölkəmizin vətəndaşları tərəfindən də sevinc və qürur hissi ilə qarşılanıb.
Bəs bu hal vətəndaşlarımızda sevinc və qürur hissi ilə yanaşı, digər torpaqlarımızın da ordumuzun nəzarəti altına keçməsi barədə və hazırda ermənilərin yaşadığı Xankəndi, Xocalı, və digər torpaqlarımıza qayıdacaqlarına dair inam yaranıbmı?

Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib. Sorğunu təqdim edirik:

Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR