İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərəməz Əliyev vəfat etdi - FOTO

1589 01.02.2024 18:21 Hadisə A A

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Səbail Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi Fərəməz Əmirxan oğlu Əliyev vəfat edib.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə "Azərsu" məlumat yayıb.

Qeyd edilib ki, Fərəməz Əliyevin əmək fəaliyyəti bütünlüklə içməli su təchizatı və kanalizasiya sektoru ilə bağlı olub. 1990-cı ildə bu sahədə əmək fəaliyyətinə başlayan F.Əliyev su və kanalizasiya sistemlərinin istismarında, baş verən qəzaların operativ aradan qaldırılmasında zəngin təcrübə qazanıb, yüksək peşəkarlıq nümayiş etdirib. Su təsərrüfatı sektorunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 3 iyun 2017-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin.

1179744.jpg (70 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR