İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Qasımov haqda YENİ QƏRAR

1353 20.05.2024 18:48 Son xəbər A A

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib.

“Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin daha bir neçə ay uzadılması istənilib.

Hakim iş üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq F. Qasımovun həbsdə saxlanılma müddətinin 3 ay uzadılmasına qərar verib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR