İnsanlara hürriyət, millətlərə istiqlal!

Faydalı axmaqla qonşuluq... – Tək qalmış “bayquş”un SON arzusu

1593 07.03.2024 13:57 Yazarlar A A

İllərdir yazırıq. Özünə heç cür dövlət qura bilməyən erməni xalqının xilası hakimiyyət və ya ağa dəyişikliyinə yox, təfəkkür dəyişikliyinə bağlıdır. Hətta “məxməri inqilab” da etdilər, guya ən ağıllıları - Nikol Paşinyan 6 ildir iqtidardadır, fəqət, ermənilər millət olaraq inkişaf yoluna, ağ günə çıxa bilmirlər ki, bilmirlər.

Çünki zay təfəkkür dəyişməyib. Yerindədir. Atavist düşüncə tərzi, Türkə patoloji nifrət imkan vermir. Təlatümlü regionumuzda hələ də öz yerini bilməyən, başından yekə iddia və arzularla yaşayan xain toplum nə “miatsum”dan tam şəkildə imtina edib, nə də harama göz dikməyi tərgitərək müasir cəmiyyətlər sırasına, etibarlı qonşular cərgəsinə qoşulmağı bacarıb. Vaxt isə amansızcasına gedir.

Ona görə də bayquş kimi bölgədə tək qalıblar, faktiki təkləniblər. Bu başdan mayıf tayfa qurtuluşu yenə regiondan uzaqda axtarır. Ara-sıra “Ermənistan” adlı qədim Türk yurdundan etiraflara bənzər səslər eşidilsə də...

Doğru, “Şərin yarısından qayıtmaq da xeyirdir”. Gəl ki, çörəyi dizi üstdə olan nankor və eqoist tayfa Şər adlı yolun xeyli hissəsini artıq qət eləmiş kimidir, SON heç də uzaqda sayılmaz...

“Ermənistanda ağlı başında olan qalmayıb. Biz bir faciədən digərinə nəinki nəticə çıxarmırıq, üstəlik, axmaqlığımızı daha da təkmilləşdiririk”.

Sitat erməni analitik Vahe Ovannisyana məxsusdur.

1b0e20df-92f5-463e-9ac9-1d6984c5702a.jpg (129 KB)

“Müharibədən sonra “Türklərsiz Ermənistan” şüarı ilə silahlanmış erməni müxalifəti Nikoli vəzifəsindən uzaqlaşdırmaq niyyətində idi. İndi Nikol “ruslarsız Ermənistan” şüarı ilə hakimiyyətdə qalmaq istəyir”, - Ovannisyan bildirib və əlavə edib: “Tarix boyu biz Ermənistandan hansısa üçüncü “X” qüvvəsini çıxarmağa çalışmışıq, lakin həmişə eyni nəticə ilə üzləşirik - ermənilərsiz Ermənistan. Yenə eyni məntiqi rəhbər tutduq və artıq Qarabağ bizdə deyil. Bütün dərdlərimizin səbəbi odur ki, biz mürəkkəb regionumuzda “ağılsız Ermənistan” məntiqi ilə yaşayırıq”.

Nə şərh vermək olar bu şərhə? “Faydalı axmaq”lar. Az öncə Rusiya lideri Vladimir Pitindən müsahibə götürmüş məşhur amerikalı jurnalist Taker Karlson haqda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton məhz bu ifadəni işlətmişdi. İndi özünüdərki fəlakətli dərəcədə ləngiyən haylar da...

Samvel Ohanesyan ad-soyadlı başqa bir erməni “təhlilçi” isə Armenianreport.com saytındakı məqaləsində yazır: “Sizə düzünü deyim, Avropaya inteqrasiya gözləyə bilər. Hazırda bizim əsas vəzifəmiz Ermənistanın - bir vaxtlar böyük Vətənin (?! - Z.S.) əlimizdə qalan kiçik parçasının sərhədlərinin təhlükəsizliyini qorumaqdır”.

“Miatsum” xiffətini, “böyük ermənistan” nisgilini hiss etdinizmi? Bu da sizə növbəti faydalı axmaq...

Məsələ də ondadır ki, qonşuluqda qarışqa sürətli özünüdərkün özü yetərli deyil. Zira, erməni toplumunda aşağıdan-yuxarıya, yuxarıdan-aşağı, sağdan-sola, soldan-sağa kütləvi ETİRAF və TÖVBƏ hələ 2020-ci ilin 10 noyabrından sonra, dərhal başlamalı idi. “Qafqaz qaraçıları” (qaraçılardan yenə üzr istəyirik) nəhayət, ağla gələndə, olub-keçənlərdən dərs alıb adekvat millətə çevriləndə, - hərgah, buna böyük şübhə var, - artıq gec ola bilər.

Ermənilərsiz Ermənistan. Bunu ən rahat elə hayların özləri edir. Davam edin. Bir şey qalmayıb...

Z.Səfəroğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR