İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəllər işlədiyi obyektdən oğurluq edən şəxs tutuldu

719 10.10.2022 03:45 Kriminal A A

Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR