İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Məmmədovdan Müsavat, AXCP və REAL-ın hərəkətinə reaksiya

2521 19.09.2023 18:32 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər. Ölkədəki siyasi partiyalardan cəmi üçü bu Bəyanatı imzalamayıblar. Cəmiyyətdə onların bu addımı siyasi və milli birlikdən növbəti dəfə imtina kimi qiymətləndirilib.

Musavat.com adı çəkilən müxalifət partiyalarının Bəyanata imza atmamalarına AMİP lideri Etibar Məmmədovun münasibətini öyrənib.

Etibar Məmmədovun cavabı belə olub:

“Milli, dövlət maraqları olan yerdə müxaliflik-iqtidarlıq yönü ola bilməz. Bu məsələ ümummilli məsələdir, ona görə də hər kəs bir mövqedən çıxış eləməlidir, milli mənafeyə uyğun hərəkət etməlidir. Əgər siyasi partiyaların imzaladığı Bəyanatda hansısas söz o üç partiyanın xoşuna gəlməyibsə, o zaman özləri ayrıca Bəyanat verə bilərlər, münaibsət bildirə bilərlər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR