İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyanın baş naziri Kaya Kallas iyulun 15-də istefa verəcək

493 12.07.2024 14:57 Dünya A A

Estoniyanın baş naziri Kaya Kallas iyulun 15-də istefa ərizəsini ölkə prezidenti Alar Karisə təqdim edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.

Baş nazir istefa ərizəsini prezisentdə təqdim edən kimi respublikanın bütün hökumət dərhal istefa verəcək. Daha sonra prezident parlamentdəki partiya nümayəndələri ilə məsləhətləşmələrdən sonra baş nazir postuna növbəti namizədi Nazirlər Kabinetini formalaşdırmağa dəvət edəcək.

Beləliklə, yeni hökumət iyulun sonu, avqustun əvvəli arasında işə başlaya bilər.

Kaya Kallas Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyinin sədri olmağa hazırlaşır. Avropa Şurası iyunun sonunda onun namizədliyini təsdiqləyib. Çox güman ki, o, oktyabrda Jozep Borrelli əvəz edəcək.

Estoniyada hakim “İslahat” partiyası baş nazir postuna iqlim məsələləri üzrə nazir Kristen Mixalın namizədliyini irəli sürməyə nail olub. Siyasətçilər yeni kabinet yaratmaq üçün koalisiya tərəfdaşları ilə danışıqlar aparırlar.

Jozep Borreli isə oxuculara tanıtmağa o qədər də ehtiyac yoxdur. Bu adam son illərdə dəyişməz ermənipərəst mövqeyi ilə ölkəmizin vətəndaşlarına yaxşı tanışdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR