İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsrin seks qalmaqalı”nın “zərərçəkən”i Monika Levinski 25 ildə necə dəyişib...

1984 27.02.2024 17:00 Dünya A A

25 il öncə Ağ Evdə təcrübə keçərkən dövrün prezidenti Bill Klintonla eşq macərası yaşayan və sonradan “əsrin seks qalmaqalı”nın iştirakçısı olan Monika Levinski “Reformation” moda brendinin simasına çevrilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə geyim brendi sosial şəbəkələrdə məlumat yayıb.

50 yaşlı Levinski sözügedən qalmaqaldan sonra bütün dünyada məşhurlaşıb. Hadisə 1998-ci ildə məlum olub və nikahdankənar münasibətlərin ilk dəlili prezident administrasiyasının əməkdaşı Linda Tripp tərəfindən gizli şəkildə qeydə alınıb.

Bill Klinton dərhal Monika Levinski ilə münasibətini inkar etməyə başlayıb, lakin sonradan təcrübə keçən qadınla intim münasibətdə olduqlarını etiraf edib. Bu məlumatın dərci nəticəsində prezidentə qarşı impiçment proseduru başlayıb, lakin ABŞ Senatı Klintonu təqsirsiz hesab edib.

İndi Levinski “Reformation” brendindən yeni ofis geyimləri kolleksiyasını təqdim edir.

Qeyd edək ki, Monika Levinski Bill Klintona qarşı impiçment cəhdinin incəliklərini üzə çıxaran məşhur “Amerika cinayət hekayəsi” serialının üçüncü mövsümünün prodüserliyini edib.

monika.JPG (40 KB)

M.Levinsikinin bu günlərdə yayılmış yeni fotoşəkili onun əski cazibədarlığını xeyli itirdiyini göstərir. Necə deyərlər, aradan keçən 25 ildə Monika xeyli “xarab olub”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR