İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsirlikdə olan hərbçimizin anası: "Arıqlayıb, amma..." - VİDEO

446 09.08.2023 21:01 Gündəm A A

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov iki gün öncə anası Dürdanə Bəbirova ilə əlaqə saxlayıb.

Musavat.com xəbər verir ki, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

Əsirlikdə saxlanılan digər hərbçimiz Hüseynin anası Şəlalə Axundova saytımıza bildirib ki, o da elə həmin gün oğlu ilə danışa bilib. Şəlalə Axundova qeyd edib ki, Hüseyn zəng edərkən xəstəxanada müalicə altında olub. Anası övladının arıqladığını, lakin yaralarının sağaldığını bildirib. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR