İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərlərini döyüşün ortasında qoyub qaçdı – Erməni zabit ifşa edildi

1493 17.04.2023 17:11 Qarabağ xəbərləri A A

İrəvanda “Tsori hərbi hissəsi”nin işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Ermənistanın müdafiə artilleriya diviziyasının qərargah rəisinin müavini mayor Gevorq Gevorqyan ictimai təhlükəli əməldə ittiham olunur.

İttihama görə, 2020-ci ildə oktyabrın 12-də Azərbaycanın Füzuli rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edərkən QAZ markalı avtomaşın atəş mövqeyindən qaçıb, bundan sonra şəxsi heyət arasında panika yaranıb, hərbçilər özlərini qorumaq üçün atəş açmağa başlayıblar.

Qərara görə, Gevorqyanın atdığı addım nəticəsində erməni hərbi qüvvələrinə böyük ziyan dəyib, 20 hərbçi ölüb.

44 günlük müharibədə separatçı rejimin “müdafiə naziri” olmuş Cəlal Arutyunyana qarşı irəli sürülən ittihamlardan biri də, “Tsor hərbi hissəsi”nin artilleriyaçılarının ölüm halları ilə bağlıdır./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR