İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın zavodu bu bölgəyə gətirmək istəyi daha çox siyasi plana xidmət edir"- ŞƏRH

461 08.06.2023 17:44 Siyasət A A

 

"Ermənistanın metallurgiya zavodunu bu bölgəyə gətirmək istəyi iqtisadi plandan çox, siyasi plana xidmət edir".

Bu barədə Musavat.com-a siyasi şərhçi Asif Nərimanlı bildirib. O deyib ki, danışıqlar masasında anklavların qaytarılması gündəmdədir və həmin bölgədə yerləşən Kərkinin qaytarılması da Bakının gündəliyindəki əsas məsələlərdəndir: "Kərkinin Azərbaycana qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyan Şimal-Cənub magistral yolunun nəzarətə düşməsi ilə nəticələnəcək. Ermənistan da zavodu bu bölgədə inşa etmək və ABŞ investisiyasını bura gətirməklə proseslərin inkişafını yönləndirmək niyyətindədir. Birincisi, Kərki ilə bağlı məsələ diplomatik masada həll olunmasa, hərbi yolla həlli aktuallaşa bilər. İrəvan da ABŞ investisiyasını bu bölgəyə gətirməklə bu variantın önünü kəsmək niyyətindədir, çünki böyük ölkələr investisiya qoyduqları bölgələrdə eskalasiyaya qarşıdır.

İkincisi niyyətləri Kərki qaytarılarsa, Şimal-Cənub magistral yolunun Azərbaycanın nəzarətinə keçməsi perspektivinə qarşı xarici investisiyalar üzərindən təminat əldə etməkdir”.

Ekspert əlavə edib ki,  ABŞ-ın bu bölgəyə investisiya qoyması Zəngəzurda geosiyasi maraqlardan qaynaqlanır: "Müharibədən sonra Zəngəzur bölgəsində həm Rusiya, həm İran, həm də ABŞ bölgədə təsir imkanlarını artırmaq istiqamətində işləyir. Bu zavoda investisiyanın cəlb edilməsində ABŞ-dakı erməni diasporu/lobbisinin də təsirinin olduğu istisna deyil.

Bu məsələ təsdiq edir ki, ekoloji fəlakətin yaranması təhlükəsinə baxmayaraq, siyasi maraqlar ön plandadır. Azərbaycanın hazırda edə biləcəyi ekoloji fəlakət təhlükəsini beynəlxalq müstəvidə qaldırmaqdır ki, rəsmi Bakı bu istiqamətdə işləyir. Hərçənd, təcrübə göstərir ki, nəticə əldə etmək çətindir. “Metsamor” AES-lə bağlı beynəlxalq birliyin heç nə etməməsi də bunu deməyə əsas verir.

Fikrimcə, bu vəziyyətdə Kərkinin azad olunmasına nail olsaq, ekoloji fəlakətin yaranma riskinin də önünü praktiki olaraq ala bilərik".

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR