İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın partiya rəhbəri Gürcüstana BURAXILMADI

700 12.06.2024 16:24 Siyasət A A

Gürcüstan hökuməti Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyanı ölkəyə buraxmayıb.

Musavat.com xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

"Gürcüstan sərhəd polisi məni bir günlük işgüzar səfərə getdiyim Gürcüstana buraxmadı", - Xzmalyan sosial media hesabında yazıb.

Partiya rəhbərinin sözlərinə görə, üç saatlıq gözləmədən sonra heç bir izahat verilmədən pasportu geri qaytarılıb və o, piyada Ermənistan tərəfinə qayıtmağa məcbur olub.

Qeyd edək ki, Xzmalyan 2018-ci ildə Ermənistanda baş vermiş məxməri inqilabı dəstəkləyib, Ermənistan Avropa Partiyasını yaradıb və partiyanın idarə heyətinin sədri seçilib.

Xzmalyanın sözlərinə görə, partiyanın yaradılmasında məqsəd Ermənistanın Avropa İttifaqı və NATO-ya qoşulması, həmçinin KTMT və Aİİ-dən çıxması ideyasını təbliğ etmək olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR