İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş XİN rəhbəri istintaqa çağırıldı

523 04.04.2023 21:00 Region A A

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan 44 günlük müharibənin şərtlərini aydınlaşdırmaq üçün parlamentin təhqiqat komissiyasına dəvət olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin istintaq komissiyasının rəhbəri Andranik Köçəryan məlumat yayıb.

O, keçmiş nazirin 44 günlük müharibənin şərtlərini araşdıran parlament istintaqına cəlb olunduğunu bildirib. Köçəryanın sözlərinə görə, baş nazir Nikol Paşinyan da komissiyaya dəvət oluna bilər. O qeyd edib ki, artıq böyük həcmdə məlumat toplanıb. Bütün bu informasiyalar təhlil olunacaq və bu təhlilin nəticələrinə əsasən komissiya “nə üçün hər şey belə baş verib” barədə nəticə çıxaracaq.

Zöhrab Mnatsakanyan noyabrın 9-dan əvvəl müharibəni dayandırmağın mümkün olub-olmadığı sualına cavab verməkdən imtina edib. Köçəryanın sözlərinə görə, komissiya hələ öz işini başa çatdırmayıb, bundan sonra hələ öyrənilməli və təhlil edilməli çox şey var. “Biz belə bir ehtimalın olub-olmadığını, bu ehtimalın yalnız Ermənistandan asılı olub-olmadığını və daha çox şeyləri öyrənəcəyik”, - deyə Köçəryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR