İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş müdafiə naziri AÇIQLADI: 13 sentyabrda 50-dən çox mövqe Azərbaycana təslim edilib

3771 24.10.2022 17:27 Qarabağ xəbərləri A A

“Bu ilin sentyabrın 13-də hakimiyyət 50-dən çox mövqeni düşmənə təslim edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianı Ermənistanın Tavuş vilayətinin sakinləri ilə görüşündə parlamentdəki “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan səsləndirib.

Erməni siyasətçi əvvəlki hakimiyyət dövründə də nöqsanlar olduğunu, lakin hazırkı iqtidarın zamanında bu nöqsanlar böyük ölçüdə artdığını söyləyib.

Onun sözlərinə görə, hakimiyyət 30 il ərzində əldə etdiyi bütün dəyərləri itirib.

“Dövlət yalnız son 27 ildə yaradılmış sistem sayəsində hələ də mövcuddur. Həmişə nədənsə imtina etməklə problemi həll edə bilməzsiniz. Nə qədər təslim olsanız, bir o qədər türklər sizə təzyiq etmək istəyəcəklər”, - deyə, Ohanyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR