İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın hakim partiyasından olan deputata bombalı sui-qəsd olub  

510 28.02.2024 16:26 Region A A

Ermənistan parlamentinin üzvü, hakim Vətəndaş sazişi partiyasının deputatı Qagik Melkonyanın evinin yaxınlığında bomba partlayıbmış.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisəni deputatın özü də təsdiqləyib.
“Bəli, bu, 10 gün əvvəl baş verib və hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də onu araşdırmaqla məşğuldur. Bu, bizim evin yaxınlığında yox, qonşunun həyətində baş verib. Mənim heç bir şübhəm yoxdur”,-deyə o, bu gün parlamentdə jurnalistlərlə söhbətində bildirib.

Xatırladaq ki, fevralın 26-da İrəvanın Gülbenkyan küçəsində yerləşən binanın həyətinə bomba qoyulması və partlayacağı barədə məlumat daxil olub. Qeyd edək ki, hakim “Vətəndaş sazişi” partiyasının ofisi göstərilən ünvanda yerləşir. Daha sonra Ermənistan polisinin rəhbəri Aram Ovannisyan aşkarlanan obyektin partlayıcı qurğu olmadığını deyib.

Qeyd edək ki, Qagik Melkonyan Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan erməni siyasətçilərdən sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR