İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan həyasız iddia

2271 15.04.2023 17:00 Region A A

Ağır atletika üzrə Avropa çempionatına yarıtmaz ev sahibliyi edən, yarışa dəvət etdiyi ölkənin bayrağını dünyanın gözü qarşısında yandırdırmaqla əsl xislətini ortaya qoymuş Ermənistan diqqəti yayındırmaq üçün növbəti fitnəyə əl atıb. Erməni mediası Basarkeçərin Zod qızıl mədəni istiqamətində guya Azərbaycan hərbçilərinin atəş açdıqları xəbərini tirajlayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, atəşin ötən gün 19.00-23.00 radələrində açıldığı, səhər saat 08.00-09.00 radələrində yenidən davam etdiyi iddia olunub.

Bildirilir ki, mədəndə iş dayanıb, işçilər evokuasiya olunub.

“Hazırda atışma yoxdur. Yaralılar və xəsarət alanlar, eləcə də zədələnmiş avadanlıqlar olmayıb” - erməni mətbuatı yalan xəbərinə əlavə edib.

“GeoPromining Gold” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryanın saxta şivənini yayan ermənilər bununla mövzunu dəyişməyə, dünənki biabırçılığını unutdurmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR