İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİSTANDA ŞOK: Şahramanyanın xidməti avtomobili ƏLİNDƏN ALINDI - Narkotik SATIŞINA GÖRƏ VİDEO

2755 21.06.2024 20:28 Region A A

İlk yayımlanma saatı: 15:15

Xəbər verdiyimiz kimi, erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin qapılarını sındırıblar. Basqın Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün edilib. Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı "nümayəndəliyi"nin ərazisindən götürülüb.

Musavat.comSputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.

Məlumata görə, avtomobil narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxta dövlət nömrə nişanları ilə idarə edilməsi işi çərçivəsində götürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR