İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda KTMT tərəfdarlarının sayı azalıb

392 10.07.2024 13:27 Dünya A A

Fevralda keçirilmiş sorğunun məlumatları ilə müqayisədə Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənlərin sayı 10% azalıb, NATO-ya üzvlüyün tərəfdarları isə 7% artıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, bu ilin iyul ayında sorğuda iştirak edənlərin 44,3%-i Ermənistanın neytral ölkə qalması, KTMT və ya NATO-nun üzvü olmamasına tərəfdar olduqlarını ifadə edib. Respondentlərin 16,9%-i Ermənistanın KTMT-də qalmasının zəruri olduğunu, 29%-i isə Ermənistanın NATO-ya daxil olmasının vacibliyini ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR