İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Konstitusiya məhkəməsinin hakimi ilə bağlı QALMAQAL

608 22.03.2023 16:37 Region A A

Ermənistanda hakim Mülki Müqavilə partiyası tərəfindən namizədliyi irəli sürülən və dəstəklənən Konstitusiya Məhkəməsinin hakimi Seda Səfəryanla bağlı qalmaqal yaranıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli parlamentdə “Ermənistan” fraksiyasının katibi, Daşnaksütyun Partiyasının üzvü Artsvik Minasyan bununla bağlı məsələ qaldırıb.

Deputatın sözlərinə görə, Seda Səfərynla əlaqədar vəkillər Arsen Babayan və Sos Akopyanın xüsusi araşdırma nəticə nəticəsində məlumat yayıblar.

Vəkillərin bəyanatında hakimin sahibkarlıq fəaliyyəti ilə bağlı faktlar əks olunub. Seda Səfəryanın 1994-cü il avqustun 11-də Ermənistan Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Reyestrində fərdi sahibkar kimi qeydiyyata alındığı bildirilir.

Seda Səfəryan 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi seçilib. Həmin il dekabrın 10-da o, vəzifəsinin icrasına başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR