İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda keçmiş baş nazirin oğlu korrupsiyada ittiham olundu

535 11.07.2024 14:30 Dünya A A

Ermənistan Respublikasının keçmiş baş naziri Ovik Abramyanın oğlu, keçmiş deputat, Artaşat şəhərinin keçmiş meri Arqam Abramyan mer olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və Artaşat icmasına məxsus torpaq sahəsini 6 milyon dram qarşılığında özgəninkiləşdirməkdə ittiham olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 2015-2017-ci illərdə Artaşat şəhərinin meri vəzifəsində çalışmış Arqam Abramyan ittihamları qəbul etmir, lakin heç bir etirazını bildirməyib.

Abramyanın vəkili Emin Xaçatryanın sözlərinə görə, Artaşatın keçmiş meri onun ittiham olunan əməli törətdiyini təsdiqləyən heç bir sübut yoxdur, lakin cinayət işinin istintaqının illər çəkə biləcəyini nəzərə alaraq, Arqam Abramyan ittihamı qəbul etməyib. Maraqlıdır ki, keçmiş baş nazirin oğlu haqqında cinayət təqibinə iddia müddətinin başa çatması əsasında xitam verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR