İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda itkin düşən rus gəncin meyiti Zəngiçaydan tapıldı

628 13.01.2026 22:02 Son xəbər A A

Ermənistanda ötən il itkin düşən rus gəncin meyiti Razdan (Zəngiçay-M.) çayından tapılıb.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, polis yanvarın 13-də çayda aşkarladığı meyitin 11 dekabrda itkin düşmüş 18 yaşlı İrəvan sakini Mixail Dolqova aid olduğunu müəyyən edib.

İstintaq orqanının nümayəndəsi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR