İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda İrəvanla bağlı CƏFƏNG İDDİA

1611 14.10.2023 20:59 Region A A

Ermənistanda növbəti cəfəng iddialar tirajlanmaqdadır. Erebuni inzibati dairəsi feysbuk səhifəsində “Erebuni-İrəvanın 2805 yaşının olması” ilə bağlı paylaşım edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu münasibətlə şəhərin “tarixi icmalını təqdim edən” yazı dərc edilib.

“İlk dəfə paytaxtımızın yaranmasının ildönümü - 2750 illik yubileyi 1968-ci ildə, oktyabrda qeyd olundu. O günlərin əlamətdar hadisələri arasında Arin-Berd (tarixi Qanlı təpə - red.) təpəsinin ətəyində İrəvan Fondu Muzeyinin açılışı və muzeyə bitişik küçəyə “Erebuni” adının verilməsi olub” - iddialarda bildirilir.

Tarixi Azərbaycan şəhəri ilə bağlı saxtakarlıqların davam etdirildiyi yazıda “böyük bayram təkcə yerli sakinləri deyil, dünyanın hər yerindən erməniləri bir araya toplayıb”, - deyə qeyd olunur.

Sonda da “Ümid edirik ki, ürəyimizin paytaxtının yubileyini böyük bayramla qeyd etmək üçün daha çox imkanlarımız olacaq”, - deyə bildirilir.

Ermənistanda hələ də anlamaq istəmirlər ki, İrəvanın yubiley yaşını qeyd etməyə onların nə əsası, nə də mənəvi haqqı var. Olsa-olsa, tarixi Azərbaycan şəhəri, İrəvan xanlığının mərkəzi olan İrəvanın 1918-ci ilin 29 mayında paytaxt kimi ermənilərə güzəşt edilməsinin ildönümünü keçirə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR