İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda generalın gömrükdə işləyən oğlu HƏBS EDİLDİ

377 19.09.2023 13:16 Son xəbər A A

Ermənistan Müdafiə Nazirliyi ümumi təhlükəsizlik xidməti rəisinin keçmiş müavini, general-mayor Valeri Qriqoryanın oğlu, Gömrük Komitəsinin əməkdaşı Ernest Qriqoryan həbs edilib.

“Report” “ArmLur”a istinadən xəbər verir ki, əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları reallaşdırıb.

Bildirilib ki, Antikorrupsiya Komitəsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Məlumata görə, bir müddət əvvəl “Zvartnos” hava limanının bölmə rəisinin və Gömrük Komitəsinin əməkdaşı Sergey Manukyanın İrəvan Şəhər Polis Şöbəsinə əl qandallı aparıldığına dair xəbər yayılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR