İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ETİRAZ aksiyası

1060 06.03.2024 18:25 Region A A

Ermənistanın Qeqarkunik (Göyçə) rayonunun sakinləri Martuni-Vardenis yolunu müvəqqəti bağlayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Onlar tələbat və qiymət az olduğundan yetişdirdikləri kartof və kələmi sata bilmədiklərinə görə hakimiyyətdən narazıdırlar. Etirazçılar hakimiyyəti onlara məhsullarının satışında dəstək verməməkdə ittiham ediblər.

Martuni şəhərinin meri Hovhannes Hoveyan kəndlilərdən suallarını cavablandırmaq üçün ona 5 gün vaxt vermələrini istəyib. Bundan sonra etirazçılar yolu açıblar.

Martuni Ağsaqqallar Şurasında “Alaşkert” fraksiyasının üzvü Akop Baroyan “Faktinfo”nun müxbiri ilə söhbətində bildirib ki, qeyri-müəyyənlik hökm sürdüyündən insanlar kənd təsərrüfatı işlərinə başlayıb-başlamayacaqlarını bilmirlər. Onun sözlərinə görə, əsas problem dövlətin kartof və kələm idxalının həcmini məhdudlaşdırmamasıdır.

“Kartofun kiloqramı 50 dramdan gətirilir, yerli istehsal olan kartofun qiyməti isə minimum 120-130 dramdır. Fermerlər məhsullarını çox aşağı qiymətə satmağa hazırdırlar, lakin tələbat yoxdur”, - Baroyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR