İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda bloklara qoşulmama statusu müzakirə olunmağa başlandı

469 19.10.2023 14:19 Region A A

 

Moskva ilə gərginliyin artması və Aİ və NATO-nun Ermənistanın qəbulu məsələsində maraqlı olmaması fonunda Ermənistanın ictimai-siyasi diskursunda bitərəf və bloklara qoşulmama statusu ideyası gündəmə gəlib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, məsələ ən çox hakim dairələrdə müzakirə olunmağa başlanıb.

Bu ideyanın tərəfdarlarının fikrincə, bu yolla həm Qərbin dəstəyini almaq, həm də Moskvanın daha çox qıcıqlanmasının qarşısını almaq olar. Çünki belə olan halda ölkə Rusiyanın nəzarəti altında olan KTMT-dən çıxsa da, Qərb bloklarına da qoşulmamış sayılır.

"Söhbət vektor dəyişikliyindən getmir. Vektorun dəyişməsi, məsələn, Ermənistanın KTMT-dən çıxıb Şimali Atlantika Alyansına və ya Aİ-yə daxil olmaq kursu götürməsidir. Lakin birincisi, adı çəkilən birliklərin heç biri Ermənistanın onlara gəlməsini gözləmir, ikincisi, NATO-ya daxil olmaq, məsələn, Ermənistanın alyans üzvləri arasında ikinci ən böyük ordusuna malik olan Türkiyə ilə problemlərini həll etməyəcək...”, - deyə hakim dairələrdəki bir qaynaq yerli mediaya müsahibəsində söyləyib.

Lakin yerli ekspertlər belə bir perspektivə şübhə ilə yanaşırlar.

“Nəzəri cəhətdən belə bir ehtimal reallaşması mümkündür, lakin bloklara qoşulmama statusu özlüyündə təhlükəsizlik sahəsində problemləri həll etmir. Elə Azərbaycanı götürək. Rəsmi Bakı Bloklara qoşulmamaq hərəkatının üzvü sayılır. Lakin bu, ona Rusiya ilə Qərb arasında manevr etməsinə, öz hərbi imkanlarına arxalanmasına və Türkiyə ilə müttəfiqlik münasibətləri qurmasına maneçilik törətmir”,-deyə erməni politoloq David Arutyunov bildirir.

Politoloq Beniamin Poqosyan da regiondakı gərgin vəziyyət kontekstində Ermənistanın neytral statusunun perspektivinə inanmadığını ifadə edib.

"Ermənistan və Azərbaycan sülh sazişi imzalasa və Türkiyə ilə sərhəd açılsa belə, Ankara və Bakı yenə də Ermənistan ərazisindən birbaşa quru əlaqəsi yaratmağa çalışacaq. Yəni Azərbaycan və Türkiyə tərəfindən həmişə təzyiqlər olacaq. Belə bir şərtlər daxilində neytral status Bakı və Ankara qarşısında riskləri minimuma endirmək imkanlarını məhdudlaşdırır”, - deyə Poqosyan qeyd edib.

Erməni ekspertin fikrincə, belə şəraitdə neytral status İrəvan üçün effektiv seçim ola bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR