İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda aksiyalar başladı - hökumətə qarşı 5 cəbhə

1153 12.04.2023 13:00 Region A A

Paşinyanı devirmək üçün Rusiya Vardanyan kartından da yararlana bilər...

Aprelin 11-dən İrəvanda hökumətə qarşı mitinq başlayıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan sosial şəbəkə hesabından bildirib ki, “Birlikdə” hərəkatının təşkil etdiyi aksiyanın iki tələbi var: “artsax”ın tanınması və hazırkı hakimiyyətin istefası. Baqratyan “biz buna nail olacağıq” deyib.

Qeyd edək ki, “Birlikdə” hərəkatı bir sıra siyasi partiyaların liderləri və müharibə veteranlarının iştirakı ilə artıq bir aksiya keçirib. Çıxış edənlər hökumətin istefaya göndərilməsini və Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini tələb edirlər. Ekspertlərin təhlilinə görə, Ermənistanda Paşinyana qarşı 5 cəbhə formalaşıb. Birinci cəbhəyə Köçəryan bloku başçılıq edir. Onlar daha radikal və barışmazdır. İkinci cəbhədə Vanetsyanın başçılıq etdiyi qisas qrupudur. Üçüncü cəbhədə “Sasna Tsrer” və millətçi ittifaqdır. Dördüncü müqavimət platforması Sərkisyan tərəfdarlarıdır. Ən nəhayət isə aktiv şəkildə Paşinyana nifrət edən lokal qruplardır. Paşinyanı devirmək üçün Rusiya Vardanyan kartından da yararlana bilər.

Bəzi iddialara görə, aksiyaya öncüllük edən “Birlikdə” hərəkatı Ermənistan cəmiyyətinin problemlərini özündə əks etdirmədiyi üçün ciddi dəstək qazanacağı gözlənilmir. Digər tərəfdən, revanşçılar daha öncəki illərdə olduğu kimi, Azərbaycan ərazisində yaşayan erməniləri də avtobuslarla mitinqlərə daşıya bilməyəcəkləri üçün aksiyaları genişmiqyaslı edə bilməyəcəklər. Hətta belə ehtimal da var ki, revanşçıların küçələrə axışması Ermənistan rəhbərliyi ilə razılaşdırıla bilər. Çünki belə texnologiyalardan Ermənistanda daha əvvəllər də istifadə olunub. Etirazçıların liderlərinin əsasən Ermənistanda uzun illər siyasi hakimiyyətdə təmsil olunmuş şəxslərdən ibarət olması aksiyalara kütləvi dəstəyin veriləcəyi ehtimalını da azaldır. Ən yaxşı halda proseslər Paşinyanın ölkə daxilindəki mövqelərini möhkəmlədəcək. Hələlik Ermənistanda çoxluq Paşinyanı dəstəkləyir. Ermənistanın passiv çoxluğu Qarabağ üçün Azərbaycanla müharibə istəmir. O da aydındır ki, “artsax”ın tanınması ermənilərin xəyalından başqa bir şey deyil. Çünki Azərbaycan Qarabağı düşməndən azad edib və status məsələsi birdəfəlik bağlanıb. Bu reallığı dəyişdirməksə nə ermənilərin, nə onların havadarlarının bacara biləcəkləri iş deyil. O halda, erməni müxalifəti yalnız Paşinyanın istefasına nail olmağı hədəfləyə bilər...

Keçmiş Laçın dəhlizində azərbaycanlı sürücülərlə erməni sürücülər üz-üzə  gəlir"

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimov düşünür ki, erməni baş nazir Rusiya üçün də hələ lazımlıdır: “Rusiyanın Nikol Paşinyanı cəzalandırmaq üçün ortaya atdığı yeni ideya Ruben Vardanyanın cismində təcəssüm etdirilir. Hərçənd ki, inanmıram ki, Vardanyanla bağlı icra ediləcək son akt onun Ermənistan rəhbər olması planları üzərində qurulsun. Kreml düşünür ki, Vardanyan, sadəcə olaraq, "boz kardinal" kimi yetişməlidir və gələcəkdə Ermənistanın siyasi həyatının pərdəarxasındakı drijoru olmalıdır. Kimlərəsə təəccüblü gələ bilər, amma düşünmürəm ki, Rusiya indiki situasiya üçün Paşinyanın devrilməsinə çalışır. Çünki Paşinyanın hərəkətləri Qərbin regionda artan maraqları fonunda Rusiyanın Ermənistana müdaxiləsi üçün hərəkətverici qüvvədir. Belə deyək, Paşinyan Qərbə meyllənsə də, onun Kremllə rəftarı Rusiyanın regiona müdaxilə imkanlarının daimi qalmasına şərait yaradır. Paşinyan hələ Rusiyaya “çox lazım olacaq”. Ona görə də onun hakimiyyət kürsüsündən yıxılması Moskvanın maraq dairəsində deyil. Diqqət yetirəcəyimiz başqa bir tarixi presedent də var, Ermənistanda hakimiyyət çevrilişi Rusiya və ya Qərbin - ikisindən birinin təkbaşına təşəbbüsü ilə baş tutmayıb. Bu, Rusiya ilə Qərbin birgə layihəsi kimi işə düşür, məsələn, Levon Ter-Petrosyan məhz Qərb-Rusiya əlbir fəaliyyətinin nəticəsində istefaya məcbur qalmışdı. Fikrimcə, indi Paşinyan həm Qərb, həm də Rusiya üçün sərfəlidir, çünki hər iki tərəfin münaqişəli məsələlər üzrə proyektlərini körükləyən ritorikaya sahibdir. Hələ nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiya bazası var, əgər Kreml onu işə salmırsa, deməli, Paşinyan “lazımlı” kadrdır".

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Paşinyanın vaxtı sona qədər uzada bilməyəcəyini düşünür: “Ermənistanda zaman-zaman belə hadisələr olub. Amma baş nazir Nikol Paşinyan hər dəfə vəziyyətdən çıxmağı bacarıb. Bunun iki əsas səbəbi var: Birincisi, hökumət başçısı ictimai rəylə işləməyi, manipulyasiyanı bacarır. İkincisi, görünən odur ki, kənardan ona dəstək var. Paşinyan nadir siyasətçilərdəndir ki, müharibədə məğlub olmasına baxmayaraq, seçkilərdə qalib gəldi. Bu, əslində çox şeydən xəbər verir.

 Ermənistanda etirazlar bundan sonra da davam edə, hətta güclənə bilər. Amma bunun Paşinyanın istefası ilə nəticələnə biləcəyini düşünmürəm. Hazırda Ermənistanda iqtidarın dəyişməsi nə Rusiyaya, nə də Qərbə sərf edir. Çünki danışıqlar məhz Paşinyan iqtidarı ilə gedir. Amma həm Qərb, həm də Rusiya daxildəki etirazlar vasitəsilə mövcud iqtidara təzyiq göstərmək, onu öz təsirləri altına salmaq istəyə bilərlər. Çünki Paşinyan hər iki cəbhə arasında manevr edir. Birmənalı şəkildə nə Qərbə, nə də Kremlə tabe olur. Bu isə zaman-zaman hər iki tərəfin narazılığına səbəb olur. Üstəgəl, aksiya müəyyən mənada iqtidarın özünə də sərf edir. Paşinyan bu yolla əsas məqsədinə - vaxtın uzanmasına nail olur. O, xarici dövlətlərə göstərir ki, daxildə durum kritikdir və Azərbaycanın şərtləri daxilində sülh müqaviləsi imzalanarsa, onu devirəcəklər. Hər halda, baş nazir böhranı fürsətə çevirməyə çalışır. Buna baxmayaraq, bu il Zəngəzur dəhlizinin açılması, hətta sülh müqaviləsinin imzalanması da mümkündür. Paşinyan vaxtı sonsuzadək uzada bilməz".

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTAC

Tural İsmayılov

Politoloq Tural İsmayılov erməni iqtidarının hazırda daha çox Fransaya arxalandığını bildirdi: “Hazırda Ermənistanda yeni ssenarilər üzrə müxalifətin dirçəldilməsi prosesi baş verir. Aktiv şəkildə ölkə ərazilərinin peşkəş edilməsinə qarşı narazı güclər ölkə daxilində vəziyyəti gərginləşdirməyə cəhdlər edirlər. Rusiya Ermənistan hakimiyyətinə nifrət edir. Paşinyan hakimiyyətinin hər keçən gün anti-Rusiya ritorikasını qızışdırmağı rəsmi Moskvanı qane etmir. Eyni zamanda Aİ missiyası adı altında casus şəbəkəsinin Ermənistanda mövcudluğu Rusiyanı ciddi şəkildə narahat edir. Ermənistan daxilində nüfuz savaşı gedir. Rusiya və İran indiki hakimiyyətin dəyişməsində maraqlıdır. Paşinyanın Azərbaycan və Türkiyə ilə danışıqlar mesajı verməyi Ermənistandan istifadə edən qüvvələri narahat edir. İndi Paşinyan daha çox Fransaya bel bağlayır. Amma yay aylarına doğru Ermənistanda vəziyyət ciddiləşəcək. Aylarla davam edən aksiyalara şahidlik edəcəyik”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR