İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda akkreditə olunmuş ölkələrin səfirləri Basarkeçərə gəlib

1730 29.09.2022 20:40 Region A A

Basarkeçər (Qeqarkunik) rayonuna səfər ediblər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, diplomatik korpusun nümayəndələri Zod kəndində olublar, bundan sonra isə Zərkəndə gedəcəklər.

Basarkeçərdəki Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ilə görüş də təşkil olunacaq.

Diplomatları Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, vilayətin qubernatoru Karen Sarkisyan müşayiət edir.

Avropa İttifaqının Ermənistan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səlahiyyətlərini icra edən səfir Andrea Viktorin də səfər iştirakçıları arasındadır.

Bundan əlavə, heyətdə BMT-nin rezident əlaqələndiricisi, Rusiya, Yunanıstan, Hollandiya, Yaponiya, Argentina, İtaliya, Fransa, Hindistan, Serbiya, Braziliya, İsveçrə, Polşa, Qazaxıstan, ABŞ, Gürcüstan, Almaniya, Litva, Malta, Çin, Böyük Britaniya səfirliklərinin nümayəndələri, Rumıniya, İraq təmsilçiləri də var.

Azərbaycanın Şuşa səfəri ilə bağlı dəvətindən imtina edən ABŞ və Fransanın təxribatçı Ermənistanın dəvətinə dərhal müsbət reaksiya verməsi suallar doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR