İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 2 rus hərbçinin başı yarıldı

1074 22.03.2023 14:00 Region A A

Ermənistanın cənubunda iki rus əsgəri yaralanıb.

Musavat.com bildirir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, martın 21-i axşam saatlarında başından yüngül yaralar (güllə yarası deyil) almış iki rusiyalı hərbçi Gorus Tibb Mərkəzinə gedib. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib və tezliklə evə buraxılıblar.

Qeyd edək ki, erməni tərəf ötən gecə rus hərbçilərin guya Azərbaycan tərəfdən açılmış atəş nəticəsində yaralandıqları barədə hay-küy salmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR