İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN-dən Azərbaycana axmaq cavab

3797 19.06.2024 13:52 Siyasət A A

Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyini bu saatlarda  bəyanat yayıb.

Bəyanat rəsmi Bakının Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığa reaksiyasına cavab xarakteri daşıyır və özünün həyasız məzmunu ilə seçilir.

Təcavüzkar dövlətin XİN-i bildirir ki, hər bir ölkənin "...müasir hərbi texnika ilə təchiz edilmiş döyüşə hazır orduya sahib olmaq suveren hüququ var".

Amma bu ölkə ordusunu hansı təyinat üzrə istifadə etdi- 30 il boyunca qonşu ölkənin torpaqlarını işğal altında saxladı. Bunun yaxın, ya da uzaq gələcəkdə təkrar olmasına əsas yaranmaması üçün Azərbaycan öz narahatlığını və mövqeyini ifadə edib.

Bəyanatdan daha bir sitat: "Ermənistan Respublikası bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Ən yüksək səviyyədə Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq barədə razılığa gəliblər. Ermənistan bu prinsipə sadiqdir və beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadrat kilometr ərazisi xaricində heç bir iddiası yoxdur".

Həyasızlığın ölçüsü yoxdur, buna deyiblər. Məhz 1991-ci ilin Almatı bəyannaməsindən sonra Ermənistan torpaqlarımızın işğalını dərinləşdirdi, Xocalı soyqırımı törətdi, şəhər və kəndlərimizi darmadağın etdi. İndi belə bir qonşuya necə inanaq, necə güvənək, onun təkrar silahlanmasına, ordusunu böyütməsinə necə tolerant qalaq? Digər tərəfdən, Ermənistanın indi sözdə və üzdə konstruktiv görünməsinin səbəbi başqadır və bu səbəb Almatı Bəyannaməsi deyil. Bu, "Dəmir yumruq"dur, Azərbaycanın zəfəridir, hərbi üstünlüyü əldə etməsi sayəsindədir. Ermənistan 2020-ci ildə konkret olaraq rəzil duruma düşdü. Ordusu darmadağın oldu. Özü-özünü məhvə apardı. Sonrakı mərhələlərdə  Qərbə sığındı, Aİ missiyasından kömək istədi. Ancaq sonda başa düşdü ki, xilası və gələcəyi yalnız Azərbaycanla ikilikdə danışıqlar aparmaqda, şərtləri qəbul etməkdədir.

Ermənistan yenə də başına gələnləri və gələcəkləri yaxşı düşünməli, buna uyğun bəyanatlar verməlidir. Əks halda, “Dəmir yumruq” yerindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR