İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və ABŞ “Qartal tərəfdaşlığı” təlimləri keçirəcək

424 06.07.2024 12:35 Dünya A A

İyulun 15-dən 24-dək Ermənistanda Ermənistan və ABŞ hərbçilərinin iştirakı ilə “Qartal tərəfdaşlığı” təlimi keçiriləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyulun 15-dən 24-dək Ermənistanda “Qartal tərəfdaşılığı - 2024” birgə erməni-amerikan təlimləri keçiriləcək. Təlimlərdə Kanzas ştatının milli qvardiyası iştirak edəcək. Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları əhatə edir”, - məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistan iki ildir Rusiyanın patronajlığı ilə keçirilən KTMT ərbi təlimlərində iştirakdan boyun qaçırır və bu, Kremldə hiddət doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR