İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Təhlükəsizlik Xidməti separatçıları işə götürməyə başlayıb  

552 10.07.2024 16:11 Dünya A A

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (Qarabağda işğal illərində qurulan oyuncaq qurum-red.) “Milli Təhlükəsizlik Xidməti”nin keçmiş əməkdaşları Ermənistan Respublikasının müvafiq strukturunda işə götürülə bilərlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Andranik Simonyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Həmin qanunla keçmiş separatçıların Ermənistan MTX-də müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi bazanın yaradılması təklif edilir. “Səlahiyyətli dövlət orqanında vakant vəzifə yarandıqda, 19 sentyabr 2023-cü il tarixinə qədər “DQR”in (qondarma-red.) “təhlükəsizlik strukturlarında” çalışan şəxslərə xidmətini davam etdirmək üçün şans verilməlidir”, - deyə Simonyan söyləyib.

Vəzifə təyin edilərkən həmin şəxslərin separatçı qurumda “iş stajı”, “tutduğu vəzifə”, və “rütbələri” nəzərə alınacaq. “Qanunun qüvvəsi 2023-cü il sentyabrın 19-dan “DQR Milli Təhlükəsizlik Xidmətində” (qondarma-red.) vəzifə tutmuş və 2025-ci il iyulun 1-dək səlahiyyətli orqanda xidmətini davam etdirmək üçün “vəzifəyə təyin edilmiş şəxslərə şamil olunacaq”,-deyə Simonyan qeyd edib.

Yəni tətbiq edilən əlavə müvəqqəti olacaq - 2025-ci il iyulun 1-dək... Bundan sonra qüvvəsini itirəcək. Lakin bu imkandan yalnız Ermənistan Respublikasının vətəndaşlığını almış şəxslər yararlana biləcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR