İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan soyqırım yalanına görə Türkiyədən ÜZR istəyəcək?

1287 05.05.2024 16:47 Gündəm A A

“Daşnaksütyun”un Avropa ofisi rəsmi İrəvanın Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması qərarına qarşı bəyanat yayıb.

Musavat.com Rusiya ermənilərinin yekramas.org saytına istinadən bildirir ki, daşnaklar bəyanatda təkcə Azərbaycanın tarixi kəndlərinin qaytarılmasına deyil, eləcə də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdıqlarını bildiriblər.

Revanşist qüvvələrin öncüllərindən olan “Daşnaksütyun” iddia edir ki, “Azərbaycan delimitasiya və demarkasiya adı altında torpaqları zəbt edir ki, bu da Ermənistanı dövlət olaraq daha da zəiflədəcək”. “Əgər Azərbaycan Ermənistanın Tavuş vilayətinin strateji əhəmiyyətli ərazilərini nəzarətə götürərsə, bu, Ermənistanla Gürcüstan arasındakı dövlətlərarası magistral yolu, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən qaz kəmərini təhlükə altına salacaq və bir sıra erməni kəndlərinin blokadaya düşməsinə gətirib çıxaracaq. Belə vəziyyət Lori bölgəsinin təhlükəsizliyini də təhdid edəcək” deyə, bəyanatda iddia edilir.

Daşnaklar bəyan edir ki, “Ermənistan hakimiyyətinin hazırkı hərəkətləri növbəti kapitulyasiyaya xidmət edir və Ermənistan Konstitusiyasına ziddir”.

DASNAK.jpg (30 KB)

“Daşnaksütyun” Avropa İttifaqına, ABŞ və Rusiya da daxil olmaqla, prosedə iştirak edən bütün əsas aktorları Azərbaycana qarşı “mübarizəyə səsləyib”. “Daşnaksütyun” Avropa İttifaqına da sataşıb, qurumu Azərbaycana münasibətdə “ikili standartlarda” günahlandırıb.

“Daşnaksütyun” qorxuya düşüb ki, Ermənistanın davamlı güzəştləri “Azərbaycanın iştahını cilovlaya bilməz”. Buna misal olaraq da “Qərbi Azərbaycan” ideyasının ciddi təbliğatını göstəriblər.

Buna paralel olaraq, Ermənistanda da qızışdırıcı qüvvələr Türkiyəni hədəf alan mövqelərini artırıblar.

Bildirilir ki, Ermənistanda aparılan rəy sorğusuna görə, “xalq milli ağrı və faciəni - erməni soyqırımını unutmaq bahasına Türkiyə ilə yaxınlaşma siyasətinə qarşıdır”. Bu mövqelərdə o anlaşılır ki, guya İrəvan hakimiyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişlərini icra edir, guya qondarma soyqırımla bağlı Ermənistan qanunlarında dəyişikliyin edilməsində də Türkiyə prezidenti israr edir.

ERDOK.jpg (27 KB)

Hətta bu qüvvələr iddia edir ki, günlərin birində Nikol Paşinyan hakimiyyəti qondarma soyqırımla bağlı “Türkiyənin reputasiyasına vurulan zərbəyə görə üzr istəyə də bilər”.

Sözügedən saytda Paşinyan hakimiyyətinin tənqidinə yönəlmiş xeyli yazılar da var. O yazılardan birində “bölgənin dahisi” adlandırdıqları Paşinyanın 30 illik qarşıdurmaya son qoymaq üçün hətta vasitəçisiz danışıqlarına qarşı mövqe ortaya qoyulur.

“Ötən əsrdə Ter-Petrosyanı istefaya məcbur edən “müharibə partiyası”nın açdığı səhifə artıq keçmişdə qalıb. İnkişaf mərhələsindəki proses Vaşinqton və Ankara tərəfindən müsbət qarşılandı: cəlladla qurbanın dinc yanaşı yaşaması üçün Tavuşun 4 kəndini təslim etmək kifayətdir” deyə, təxribatçı yazıların birində qeyd edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR