İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyanın köməyindən imtina etdi - ŞOK SƏBƏB

1528 31.05.2024 12:15 Dünya A A

Ermənistan hakimiyyəti respublikanın şimal rayonlarında daşqınların nəticələrinin aradan qaldırılması üçün Rusiyanın köməyindən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “EADaily” portalı məlumat yayıb.

Məlumata görə, İrəvanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrdən sonra Rusiya rəsmilərinə rəsmi İrəvanın Lori və Tavuş vilayətlərində təbii fəlakətin nəticələrinin öhdəsindən gələcəyini və köməyə ehtiyac duymadıqlarını çatdırıb. 

Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov isə bununla bağlı başqa iddia irəli sürüb. O, mayın 30-da “Vladimir Solovyovla axşam” proqramında Ermənistan ərazisində virusların, bakteriyaların tədqiqi üçün bir neçə ABŞ bioloji laboratoriyasının mövcud olduğunu, bu laboratoriyalardan birinin su altında qaldığını bildirib.

“Aydındır ki, ABŞ səfirliyi orada Rusiyadan xilasedicilərin olmasının əleyhinədir. 2-3 ildir ki, Ermənistanda əvvəllər olmayan xəstəliklər aşkarlanır, bu, birmənalı olaraq həmin laboratoriyalarla bağlıdır. Ölkə ABŞ təcrübələri naminə satanistlərə verilib və onlar 1700 ildən artıq mövcud olan kilsəni məhv etmək istəyirlər”, - deyə Baqdasarov qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR