İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin sədri: “Əliyev haqlıdır”

1325 27.05.2025 16:03 Siyasət A A

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı bəyanatlarına münasibət bildirib.

Musavat.com xəbər verir ki, erməni KİV-lərinin yazdığına görə, Simonyan Prezident İlham Əliyevin bu fikirlərini normal adlandırıb.

“Biz də Azərbaycana qarşı ərazi iddiaları irəli sürürük... Özümüz bunu görməzdən gəlirik, lakin Azərbaycanın atdığı addımlar qarşısında bu, təbii sayılmalıdır,” – deyə o bildirib.

Simonyanın bu açıqlaması Ermənistanda müəyyən siyasi dairələrdə rezonansa səbəb olub. O, bu fikirləri ilə Azərbaycanın Qərbi Azərbaycan mövzusunu qaldırmasının müəyyən əsaslara söykəndiyini dolayısı ilə etiraf etmiş olub.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir və rəsmi Bakının Qərbi Azərbaycanla bağlı tarixi mövqeyi regional gündəmdə qalmaqdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR