İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində növbəti BİABIRÇILIQ

856 11.04.2023 16:25 Region A A

“Yol verilən qanun pozuntularından sonra Ermənistanın ombudsmanı vəzifəsinə namizədin məhz Artur Ovannisyanın tərəfindən təqdim olunması absurddur”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Hayastan” blokundan olan deputat Armenuhi Kürəkyan deyib.

O, xüsusilə, hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovanniyasyana əvvəllər etdiyi qanun pozuntuları ilə bağlı faktları xatırladıb. Bu faktlar xüsusilə etik standartlarla bağlı olub.

“İnsan hüquqları və ictimaiyyətlə əlaqələr daimi komissiyasının iclasında səslənən təhqir və təhdidlərdən sonra siz parlamentin tribunasına yaxınlaşaraq insan hüquqlarını, o cümlədən indiki hakimiyyətin əleyhdarlarının hüquqlarını qorumalı olacaq bir şəxsi namizəd olaraq göstərirsiniz”, - deyə Kürəkyan qeyd edib.

Ovannisyan isə rəqibinin ünvanına səsləndirdiyi təhqirləri, hətta hədə-qorxuları da etika pozuntusu hesab etməyib.

“Absurd sizin dediyiniz deyil, sizin fraksiyalarınızın ombudsman vəzifəsinə kimləri namizəd göstərməsidir”, - o bildirib.

Artur Ovannisyan müxalifətin namizədi Edqar Qazaryanın hazırkı hakimiyyətə ünvanladığı qiymətləndirmələri bütün erməni xalqına təhqirlə eyniləşdirib. O, komissiyadakı dava-dalaşın əvvəlcədən hazırlanmış təxribat olduğunu bildirib.

“Həmin təxribat parlamentin insan hüquqları və ictimai məsələlər daimi komissiyasının rəhbəri Taquhi Tovmasyan tərəfindən əvvəlcədən planlaşdırılıb və həyata keçirilib”, - deyə erməni deputat əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR