İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti bu gün Azərbaycana görə TƏCİLİ toplanır

1777 09.04.2024 11:22 Son xəbər A A

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası qapalı müzakirə ediləcək.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə Ermənistan parlamentində bu gün keçiriləcək müzakirə qapalı olacaq.

Fövqəladə iclasa hökumətin baş nazirinin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət olunub. Bildirilir ki, parlamentin bugünkü iclasının gündəliyinə baş nazir Nikol Paşinyanın təqdim edəcəyi hökumətin beşillik proqramının ötən il ərzində icrasına dair hesabat daxildir. Qeyd olunur ki, “Mülki müqavilə” partiyası fraksiyasının dünənki iclasında bütün deputatlara parlamentdə olmaları tapşırılıb, çünki Paşinyanın Brüsselə uğursuz səfərindən sonra müxalifət arzuolunmaz situasiyalar yarada bilər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR