İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifətindən QƏRAR: Parlamentdə Paşinyanın impiçmentinə başlayırlar

4133 09.05.2024 21:51 Gündəm A A

Ermənistanda müxalifət baş nazir Nikol Paşinyanın istefa tələbinə cavab verməməsindən sonra parlamentdə onun impiçmenti proseduruna başlayır.

Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika Meydanında keçirilən mitinqdə bildirib.

B.Qalstanyan əlavə edib ki, parlamentdə impiçment proseduruna başlayacaq, bu barədə hər üç parlament fraksiyası ilə məsləhətləşmələr aparacaqlar.

Keşiş qeyd edib ki, paralel olaraq vətəndaş itaətsizliyi aksiyaları keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR