İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan masaya qoyulan yeməyə çevrilib” - Poqosyan

617 21.02.2024 15:45 Region A A

“Xarici siyasət proseslərində Ermənistan süfrə arxasında əyləşən ölkədən hər kəsin özü üçün ləzzətli bir loxma kəsməyə can atdığı bir dövlətə çevrilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Tevan Poqosyana məxsusdur.

Onun sözlərinə görə, Paşinyan hökumətinin yeritdiyi xarici siyasət xətti kənar oyunçular üçün kifayət qədər açıq və aydındır:

“Bu addımların Ermənistanın suverenliyinin və müstəqilliyinin artırılması ilə heç bir əlaqəsi yoxdur, Ermənistan digər oyunçulara verilən yemək kimi masanın üzərinə qoyulub.

Bu gün heç bir ölkə tam müstəqil deyil, çünki bu və ya digər sahədə hər bir ölkə başqalarından asılıdır. Ermənistana gəlincə, tam müstəqillikdən danışarkən nəyin nəzərdə tutulduğu aydın deyil. Ümumi bir misal: ölkə daxili tələbatı tam ödəmək üçün öz sahələrində kifayət qədər buğda yetişdirə bilərmi? Ermənistan kənd təsərrüfatı məhsullarına olan tələbatı yalnız daxili imkanlar hesabına ödəyə bilərmi? Yox. O zaman tam müstəqillikdən danışmağa dəyməz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR