İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan KTMT üzvlüyünü dayandırmaq üçün hüquqi addım atmayıb"

370 29.02.2024 15:16 Region A A

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırmaq üçün hüquqi addım atmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.

“Biz Ermənistanın de-fakto KTMT-də iştirakını dayandırdığını görürük. Bildiyimə görə, Ermənistan KTMT-yə üzvlüyünü dayandırmaq üçün heç bir hüquqi addım atmayıb. Yəni de-yure Ermənistan KTMT-dəki üzvlüyünü dayandırmır”, - deyə Vasilenko cümə axşamı Senatda çıxışı zamanı bildirib.

Xarici işlər nazirinin müavininin sözlərinə görə, təşkilat ölkələrdən biri getdikdən sonra da mövcud olmağa davam edəcək. O, həmçinin əlavə edib ki, KTMT Qazaxıstanın təhlükəsizliyi üçün mühüm rol oynayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR