İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-nin Almatıda keçirilən toplantısına qatılmadı

404 31.05.2024 12:25 Dünya A A

KTMT ölkələrinin müdafiə nazirliklərinin Almatıda keçirilən görüşünə Ermənistan tərəfi qatılmayıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, rəsmi İrəvan son bir ildə KTMT-nin bu kimi görüşlərinə məhəl qoymur.

KTMT Katibliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yuri Şuvalov bildirib ki, bu gün Almatıda KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistanın nazirləri İiştirak edirlər. Andrey Belousovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti bir gün əvvəl Almatıya gəlib.

“Almatıda KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayır, Ermənistan nümayəndəsi orada iştirak etmir, lakin Ermənistan məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir”, – Şuvalov bildirib.

Ölkə rəhbərliyi bu ilin fevralında Ermənistanın təşkilatda iştirakının dondurulduğunu bəyan edib və Ermənistan 2024-cü ildə KTMT-ni maliyyələşdirməkdən imtina edib. Qeyd edək ki, İrəvan daha əvvəldən KTMT tədbirlərində iştirakdan imtina edib.

Bugünkü görüşdə Müdafiə Nazirliyinin rəhbərləri kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, KTMT-nin hərbi komponentinin inkişafı məsələlərini müzakirə edirlər. Həmçinin Müdafiə Nazirliyinin KTMT çərçivəsində fəaliyyəti ilə bağlı bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR