İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-dən qovulur?

366 10.06.2026 16:53 Siyasət A A

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi məsələsinin təşkilat daxilində müzakirə olunacağını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Lavrov bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur ki, ödənilmir və bu vəziyyət təşkilatın Nizamnaməsində nəzərdə tutulmuş mexanizmlərin tətbiqini gündəmə gətirib. “Bu vəziyyətdə nə etmək lazımdır? Bu məsələni bu gün müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə iki ildən artıqdır borcu var. Bu hal təşkilatın Nizamnaməsində nəzərdə tutulub. Müvafiq maddənin işə salınması imkanını nəzərdən keçirmək barədə razılığa gəldik”, – deyə Lavrov bildirib. KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilata olan maliyyə borcunu ödəməzsə, həmin ölkənin vətəndaşlarının təşkilatdakı kvota vəzifələrinə namizədliyi dayandırıla, eyni zamanda ölkə borc tam ödənilənədək səsvermə hüququndan məhrum edilə bilər.
Sənəddə həmçinin qeyd olunur ki, üzv dövlət Nizamnamənin və təşkilatın ali orqanlarının qərarlarını yerinə yetirmədiyi halda, onun təşkilatın fəaliyyətində iştirakı müvəqqəti dayandırıla və ya hətta üzvlüyünə xitam verilə bilər.
Qeyd edək ki, Ermənistan son illərdə KTMT-nin fəaliyyətini kəskin tənqid edir, təşkilatın tədbirlərində iştirakını məhdudlaşdırıb və üzvlüyünü faktiki olaraq dondurduğunu bəyan edib. Moskvanın son açıqlaması isə Rusiya ilə Ermənistan arasında davam edən siyasi gərginliyin yeni mərhələyə keçə biləcəyinə işarə kimi qiymətləndirilir.
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR