İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökuməti Qarabağ ermənilərinə yardımı kəsir?

679 23.10.2023 18:37 Region A A

Noyabr və dekabr aylarında Qarabağdan olan ermənilərin hər birinə ilk növbədə istehlak xərclərini ödəmək üçün 50 min dram (124 dollar) veriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan danışıb.

Onun sözlərinə görə, bank hesabında kifayət qədər əmanəti olanlar istisna tutulacaq. Tiqran Xaçatryan “kifayət qədər əmanət” dedikdə nəyi və hansı məbləği nəzərdə tutduğunu açıqlamayıb.

Xaçatryan onu da bildirib ki, bu iki aylıq müddətdən sonra artıq əmək qabiliyyətli yaşına çatmış və yanvardan başlayaraq əsas problemlərini həll etmiş insanların belə bir dəstəyə ehtiyacı olmayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR